Kazan gimnaziyasında atışmanın ilk dəqiqələri ilə bağlı kadrlar yayılıb – VİDEObackend

Kazan gimnaziyasında atışmanın ilk dəqiqələri ilə bağlı görüntülər yayılıb.

Kadrları “İzvestiya” yayımlayıb.

Videoda polislərin və xilasedicilərin məktəb binasından yaralıları daşıması görünür.

Qeyd edək ki, “Kazan qatili” 19 yaşlı İlnaz Qələviyev saxlanılandan dərhal sonra polis maşınında olarkən intihar etmək istəyib. Polis məmuru buna mane olub.

Xatırladaq ki, mayın 11-də Kazanda gimnaziyaya silahlı hücum olub. Faciə nəticəsində yeddi məktəbli və iki müəllim həlak olub, azı 20 nəfər yaralanıb. Həmin məktəbin məzunu olan Qələviyev artıq cinayətini etiraf edib. Məhkəmə ilkin olaraq onu iki ay müddətinə həbs edib.