Keçmiş bələdiyyə işçisi mühasibə qarşı – Hacı Zeynalabdin Bələdiyyəsində nə baş verir?backend

15 ildən artıq Sumqayıt şəhəri Hacı Zeynalabdin Bələdiyyəsində ümumi şöbənin mütəxəssisi və şöbə müdiri vəzifəsində çalışmış Elton Hacıyev yenidən dövlət başçısına məktubla müraciət edib. O, bu dəfə də qəsəbə bələdiyyəsinin laqeyd münasibətindən və bələdiyyənin baş mühasibi Teyyub Novruzov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək şikayətini bildirib.

“Yeni Gündəm” xəbər verir ki, Prezidentə müraciət edən E.Hacıyev Hacı Zeynalabdin Bələdiyyəsində 15 il işlədiyi dövrdə onun 2014, 2015, 2016-cı illər üzrə əmək haqqından DSMF-yə ödəniş tutulmasına baxmayaraq, Fondun hesabına köçürülməməsini deyir:
” Dəfələrlə işlədiyim və işdən çıxan zamanı Hacı Zeynalabdin Bələdiyyəsinin baş mühasibi Novruzov Teyyub Qələmhüseyn oğluna söyləyirdim ki, getsin araşdırsın ki, bu nə məsələdir? Lakin o, vəzifəsindən sui-istifadə edərək məni aldadaraq, əmək hüquqlarımı pozaraq, bu gün-sabah deyə-deyə laqeyd baxaraq 8 ay “yola verib”.
Qeyd edək ki, Hacı Zeynnalabdin Bələdiyyəsinin adı dəfələrlə neqativ məsələlərdə, hətta şikayət olaylarda keçib. Bir neçə ay əvvəl keçmiş bələdiyyə işçisi Elton Hacıyev Hacı Zeynalabdin Bələdiyyəsindən şikayətçi olmuşdur. O, bələdiyyədən çıxdığı müddətdə əmək hüquqları pozularaq, gecikdirilmiş maaşını ala bilməmişdir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.