Keçmiş icra başçısı deputatlığa namzidəliyini irəli sürdü (FOTO)backend
1992-ci ildə Xətai rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində işləmiş, hazırda “Borçalı” Cəmiyyətinin sədri olan tanınmış həkim Zəlimxan Məmmədli də növbədənkənar parlament seçkisində qüvvəsini sınayacaq.
Modern.az-ın məlumatına görə, Zəlimxan Məmmədli 9 fevral 2010-ci il tarixində keçiriləcək seçkidə iştirak etmək üçün sənədlərini Bakı şəhəri 33 saylı Xətai birinci seçki dairəsinin komissiyasına təqdim edib.