Keçmiş məhkum adam bıçaqladıbackend

Quba rayonunda bıçaqlanma hadisəsi baş verib.

“Yeni Gündem”in verdiyi xəbərə görə, rayonun Digah kənd sakini Coşqun Həsənbəyov bıçaqla yetirilmiş kəsilmiş-deşilmiş xəsarətlə Xəstəxanaya yerləşdirilib.

Ona xəsarət yetirməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotik maddələrin satışı ilə məşğul olduğu üçün həbs olunmuş 44 yaşlı Rəşad Aydəmirov saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, C.Həsənbəyova aralarında yaranmış mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

Faktla bağlı Quba RPŞ-də araşdırmalar aparılır.