Keçmiş prezident: “Vaksinlərin ədalətsiz paylanmasının qarşısını almaq lazımdır”backend

“Koronavirus pandemiyası dünyanın reallığını, problemləri üzə çıxardı. Dünya pandemiyanın nəticələrindən gələcək üçün dərs çıxarmalıdır”.

“Yeni Gündəm” xəbər verir ki, bunu Sloveniyanın sabiq Prezidenti Danilo Turk VIII Bakı Qlobal Forumunda “Səhiyyə və əhalinin vaksinasiyası” panelində çıxışı zamanı deyib.

O bildirib ki, hazırlanacaq strategiyada pandemiyanın nəticələri əks olunmalıdır: “Afrika İttifaqı səhiyyə xidmətləri sektorunda o qədər də güclü deyil. Afrika İttifaqı timsalında bu səpkidə ilk atılan addımlar səmərəli idi. Lakin təzyiq artdıqca, mərkəzi Afrika üstünlüklərdən faydalana bilmədi, zəif mövqedən çıxış etdi. Düşünürəm ki, artıq Afrika qitəsindəki ölkələrə daha çox vaksinlər paylanmalıdır. Vaksinlərin ədalətsiz paylanmasının qarşısını almaq lazımdır. Qlobal platforma üzərində səylərimizi toplamalıyıq. Özümüzə həmişə xatırlatmalıyıq ki, yüksək səhiyyə standarları ilk növbədə insan hüquqlarını təsvir edir. Hər bir fərd fiziki və əqli sağlamlıq hüququna malikdir. Biz səhiyyə xidmətlərini əlçatan etməliyik. 100-dən çox ölkə COVAX müqaviləsinə qoşulub. Biz qlobal sistem yaratmalıyıq ki, onun vasitəsilə yaranan qlobal vəziyyət öz həllini tapsın”.