“Kefim kimə istəyir, suyu da ona satıram, sizə nə?”backend

Salyanda özbaşınalıq davam edir.

Bu gün toxunacağımız mövzu Kür çayında yaranan su qıtlığı və bu sahdə olan nəzarətsizliklə bağlıdır.

Belə ki, hal-hazırda əkin sahələrinin suvarılmasında kritik bir dönəm olduğu halda rayonun Şorsulu və Boranı kənd qəsəbəsində əkindən çox suyu işbazların qanunsuz balıq nohurlarına veririrlər.

İnfom.az-ın əməkdaşı məsələni araşdırmaq məqsədiylə ilk olaraq Şorsulu bələdiyysinin sədri Famil Məmmədovla əlaqə saxlayıb. Ərazidə neçə hektar əkin, örüş sahəsinin və qanunsuz balıq nohurlarnın olduğunu, ərazidə nə qədər vergi toplandığına dair suala bələdiyyə sədri doğru-düzgün cavab verə bilməyib. Daha doğrusu cavab vermək istəməyib.

Sonda bələdiyyə sədri qeyd edib ki, biz 10 ildən çoxdur əhalidən rəsmi torpaq vergisi ala bilmirik. Araşdırma nəticəsində məlum olub ki, hər iki kənd üzrə 1000 hektara yaxın balıq nohru var. Bunun da 500-dən çoxu qanunsuz, yəni təyinatına uyğun olmayan torpaqda qazılıb. Daha sonra gölləri suyla təmin edən SİB sədri Fərhad Hüseynovla əlaqə saxladıq və müqaviləsiz qanunsuz göllərini hansı əsasla indiki su qıtlığı zamanı suyla təmin edirsiniz deyə sorduşduqda, F.Hüseynov elə öz tərbiyyəsinə uyğun da cavab verdi:

“Mən sizə hesab vermək zorunda deyiləm, kefim kimə istəyir suyu da ona satıram. Ondan sizə nə?”

Adının çəkilməsin istəməyən balıq nohru işlədənlərdən biri əməkdaşımızla söhbəti zamanı bildirib ki, SİB-dən ildə 4 dəfə 1hektar üçün 25 manat ödməklə su alırıq. Suyun illik hektarı isə 100 manatdır. Ayrıca ildə bir dəfə balığın satış sezonunda hektara görə bələdiyyə və ərazi nümayəndəliyinə “şirinlik” xərci verilir. Bu da 100-150 manat təşkil edir.

Baş verən qanunsuzluqlarla bağlı Şorsulu kənd inzibati ərazi nümayəndəsi Hünər Abdullayevin mövqeyin öyrənə bilmə cəhdlərimiz alınmasa da, rayon Əmlak Məsələləri üzrə Dövlət Xidməti müfəttişi Çingiz Babayevlə söhbətimiz zamanı məlum oldu ki, müfəttişlik ötən il üçün, yəni 2020-ci ildə Şorsulu və Boranıkənddə 40-a yaxın ayrı-ayrılıqda təyinatına uyğun olmayan torpaqda qazılan qanunsuz balıq nohuru sahiblərin cərimələyib.

Hazırda cərimənin ödənilməsi üçün sənədlər aidiyyatı dövlət qurumlarına göndərilib.

Bununla yanaşı, müfəttişlik Şorsulu kənd bələdiyyə sədri Famil Məmmədova bələdiyyə mülkiyyətində olan torpaqların təyinatına uyğun istifadəsinə nəzarət etməsi barədə rəsmi xəbərdarlıq edib. Lakin çox təəssüflər olsun ki, elə bil bu xəbərdarlıqlar bələdiyyəyə yox, daşa deyilib.