Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutuldubackend

İyunun 17-si gecə saatlarında Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan Ordusunun dövlət sərhədinin Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

Bu barədə “Yeni Gündəm”-ə Müdafiə Nazirliyindən məlumat verilib.

“Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb”, – məlumatda qeyd edilib.