Kəlbəcər Rayon Təhsil Şöbəsi hara baxır? – Fenomen direktordan yeni VİDEObackend
Kəlbəcər Rayon Təhsil Şöbəsi fenomen direktorun qeyri-etik davranışlarına göz yumur.

Pressaz.info xəbər verir ki, Kəlbəcər Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərini müvəqqəti icra edən,  İsmayıl Məhəmmədov daxil olan şikayətlərə cavabı vermir.  Rayona məxsus məktəblərin direktorlarından şikayətçi olan müəllimələrə, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 8 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinə müraciət edin deyir. O zaman sual yaranır, Kəlbəcər Rayon Təhsil Şöbəsi qurum olaraq necə fəaliyyət göstərir və hansı vəzifələri icra edir?!

Qeyd edək ki, Kəlbəcər rayon 23 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şükürovanın redaksiyamıza yeni videosu daxil olub. Bu mövzu ətrafinda baş verən geniş özbaşınalıqlarla bağlı silsilə yazılarımızı izləməyi unutmayın.

Pressaz.info həmin videonu təqdim edir: