“Kəlbəcər zəngin təbii sərvətlərə və rəngarən gözəlliyə malik bir diyardır.“ – Məlahət İbrahimqızıbackend

Azərbaycan xalqı bir neçə gün bundan öncə 44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm Zəfərin ikinci ildönümünü təntənə ilə qeyd etdi. Müzəffər Ali Baş Kamandanımız, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun qazandığı bu qələbə xalqımıza elə bir sevinc bəxş edib ki, Azərbaycan var olduqca bu sevinci yaşayacaqdır. Bir neçə gündən sonra isə xalqımız Vətənimizin ən gözəl güşələrindən olan Kəlbəcərin işğaldan azad edilməsindən iki ilini qeyd edəcəkdir. Məlumdur ki, Kəlbəcər Rusiya, Ermənistan və Azərbaycan arasında 10 noyabrda Ermənistanın məğlubiyyəti ilə imzalanmış Bəyanatdan sonra işğaldan azad olundu.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib.

Daha doğrusu 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin uzaqgörən siyasəti, yüksək diplomatik təcrübəsi, prinsipiallığı, dəmir siyasi iradəsi, dövlətimizin və Azərbaycan Ordusunun gücü sayəsində Ermənistan öz məğlubiyyətini və təslim olmasını etiraf edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu. İmzalanmış bu Akta-Bəyanata  əsasən də işğal altında olan dugər ərazilərimizi boşaltmaq məcburiyyətində qaldı.

Bəyanata Kəlbəcər rayonu işğalda olan 147 kəndlə birgə 2020-ci il noyabrın 25-də  Ermənistan ordusu tərəfindən boşaldıldı. Bildiyimiz kimi Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal olunub və 60 min kəlbəcərli acınacaqlı durumda respublikamızın demək olar ki, bütün rayonlarına səpələnmişdir. İşğal nəticəsində onlarla tarixi-mədəniyyət abidəsi, təhsil ocaqları, məktəblər, mədəniyyət evləri, səhiyyə müəssisələri, bir sözlə bütün infrastruktur darmadağın edilibdir.

“İşğaldan azad edildikdən dərhal sonra Kəlbəcərə ilk dəfə səfər edən möhtərəm Prezidentimiz rayon ərazisindəki erməni vəhşiliyi gördükdən sonra belə deyib: “Baxın, görün, şəhər ermənilər tərəfindən tamamilə dağıdılmışdır. Vəhşi ermənilər başqa şəhər və kəndlərimiz kimi, Kəlbəcəri də dağıdıblar. Bütün binalar dağıdılıb. Bəzi binalarda ermənilər qanunsuz yaşayırdılar. Buradan çıxanda o binaları da yandırıb, sökdülər. Vaxt dəyişir, amma erməni faşizminin eybəcər sifəti dəyişmir. 1990-cı illərin əvvəllərində bu torpaqları işğal edərkən bizim şəhər və kəndlərimizi dağıtmışdılar. 2020-ci ildə biz bunları buradan qovanda da gedə-getdə ağacları kəsib, yandırıb, binaları dağıdıblar”. Yəni möhtərəm Prezidentimizin bu fikirləri erməni vəhşiliyi haqqında deyilmiş ən mükəmməl təsvirdir. “

Millət vəkili Kəlbəcər uğurunda müharibənin ilk günlərindən aparılan döyüşlərdəndə danışıb.

“Qeyd etmək istərdim ki, Kəlbəcərin işğaldan azad edilməsi dövlətimizin, daha doğrusu möhtərəm Prezidentimiz cənab İlham Əliyevin hərbi və siyasi-diplomatik müstəvidə yüksək qələbəsidir. Fəxrlə deməliyik ki, Vətən müharibəsinin ilk günlərində Azərbaycan Ordusunun Kəlbəcərin strateji yüksəkliklərini işğaldan azad etməsi ermənilərin nəqliyyat-kommunikasiya infrastrukturuna nəzarət etməyə imkan verdi. Prezident İlham Əliyev Kəlbəcər istiqamətində aparılan hərbi əməliyyatlar haqqında danışarkən deyib: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Murov dağının ərazisində və ətraf yerlərdə şiddətli döyüşlər gedirdi, şəhidlər vermişdik. Ancaq strateji yüksəklikləri götürdük və bu yüksəkliklər bizə imkan verirdi ki, ermənilərin istifadə etdikləri nəqliyyat-kommunikasiya infrastrukturuna da nəzarət edək. Beləliklə, biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bu, hərbi əməliyyatın, əks-hücum əməliyyatının tərkib hissəsi idi. Biz əks-hücum əməliyyatını bir neçə istiqamətdə aparırdıq və hər istiqamət önəmli idi. Çünki biz artıq bəzi istiqamətlər üzrə müdafiə xəttini yararaq işğalda olan torpaqları azad edirdik, bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq. Bəzi istiqamətlər üzrə, sadəcə olaraq, hərbi manevrlər apararaq erməni silahlı birləşmələrinin başqa yerə göndərilməsinin qabağını alırdıq. Beləliklə, Kəlbəcərin bir hissəsi, kiçik olan hissə döyüş meydanında azad edildi. Ancaq əksər hissəsi, böyük hissə Ermənistan kapitulyasiya aktına imza atandan sonra azad edildi”.Həqiqətən də əsrlər keçəcək Şanlı Ordumuzun eləcə də, xalqımızın məğlubedilməz Sərkərdəsi, möhtərəm Prezidentimiz haqqında qalibiyyət salnamələri yazılacaqdır. Bildiyimiz kimi müharibənin gedişatı boyu, hər dəfə ərazilər işğaldan olunduqca möhtərəm Prezidentimiz müvafiq qurumlara bərpa quruculuq işləri ilə ciddi tapşırıqlar verirdi. Sözsüz ki, digər bölgələrdə olduğu kimi, Kəlbəcər işğaldan azad olan kimi ölkə rəhbəri bu bölgənin də bərpa-quruculuq işlərinə start verildi. Artıq Kəlbəcərin işğalından iki il keçmişdir.  Müzəffər Ali Baş Komandanımız möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcərdə də həyat yenidən canlanmağa başlayıbdır. Kəlbəcər rayonunda həyata keçirilən möhtəşəm infrastruktur layihələri, xüsusən də yol-nəqliyyat infrastruktu, yeni inşa edilən çox şaxəli və müxtəlif istiqamətli avtomobil yolları, strateji əhəmiyyətli tunellər  xüsusi əhəmiyyət kəsb edir. Bildiyimiz kimi hələ Sovet dövründə Kəlbəcər həm də çox böyük müalicəvi əhəmiyyətə malik şəfa suları ilə də məşhur idi. Bu termal sular və bulaqlar üzərində İttifaq əhəmiyyətli sanator-kurort müəsdisələri var idi. Erməni vandallarının dağıtdıqları bütün infrastruktur kimi bu sanator-kurortlar da yerlə yeksan edilmişdir. Möhtərəm Prezidentimiz ilk dəfə Kəlbəcərə səfər edərkən bu kurortların tarixi şöhrətini bərpa etmək üçün xüsusi tapşırıqlar verilmişdir. Bundan əlavə Kəlbəcər balının istehsalı ilə bağlı bu bölgədə arıçılığın inkişaf etdirilməsi ilə bağlı ciddi işlər görülmüşdür. Bugün Kəlbəcərdə artıq bir sıra infrastruktur layihələr həyata keçirilmişdir”

Milli Məclisin deputatı Kəlbəcərin təbiətindəndə danışıb;

“Minnətdarlıqla deməliyik ki, Sözsüz ki, əsrarəngiz təbiətə malik olan Kəlbəcərin malik olduğu qədim abidələr bu rayonda turizmin inkişafına çox böyük imkanlar yaradacaqdır. Kəlbəcər zəngin təbii sərvətlərə və rəngarən gözəlliyə malik bir diyardır. Eyni zamanda relyefi dağlıq olan rayon ərazisi faydalı qazıntılarla zəngindir. Məlumdur ki, rayonun gözəl təbiəti, əlverişli relyefi, saf dağ iqlimi, zəngin mineral suları, o cümlədən Yuxarı İstisu, Aşağı İstisu kimi müalicəvi təsirə malik mineral su yataqları burada turizmin inkişafını şərtləndirir. Bütün təbiətin yaratmış zənginliklər Kəlbəcər rayonunu həm də turistlərdə maraq yaradacaq bir çox tarixi abidələrlə zəngindir. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.Kəlbəcər ərazisinin dağlıq relyefi, füsunkar təbiət mənzərələri, keyfiyyətli su ehtiyatları və tarixi abidələri buranın gələcəkdə turizm məkanı kimi şöhrət tapacağına zəmin yaradır. Rayon ərazisi nəinki yay turizminin, eləcə də qış turizminin də inkişafı üçün böyük potensiala malikdir. Rayonda infrastrukturun yaradılması, otel və digər turizm mərkəzlərinin qurulması yerli turistlərlə yanaşı, həm də xarici ölkələrdən turistlərin buraya cəlb edilməsinə şərait yaradacaq. Qürur hissi ilə deməliyik ki, ötən iki il ərzində Kəlbəcərdə həyata keçirilən bütün möhtəşəm layihələrin həm təməlqoyma həm də açılış mərasimlərində şəxsən möhtərəm cənab Prezidenti cənab İlham Əliyev şəxsən iştirak edib və bugün də bu işlər davam edir. Kəlbəcərin işğaldan azad olunmasının iki illdönümü çox əlamətdar hadisələr ərəfəsində qeyd edilir. Belə ki, bugünlərdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə Böyük Qayıdış İkinci Dövlət Proqramı imzalanmışdır. Bu 2026-ci ilədək dövrü əhatə edən bu mükəmməl sənəd işğaldan azad edilmiş torpaqlarımızın dünyanın ən gözəl bölgəsindən biri edəcəkdir deyə Məlahət İbrahimqızı bildirdi.”