“Kəlbəcərdə beş yerdə turizm və rekreasiya zonası yaradılacaq”.
“Yeni Gundem”-ın məlumatına görə, bunu Dövlət Turizm Agentliyinin Regional turizm və mədəni irs şöbəsinin müdiri Elgün Cavadov Ağdam rayonunda “İşğaldan azad olunmuş ərazilərdə turizmin bərpası və inkişafı” mövzusunda keçirilən elmi-praktiki konfransda bildirib.
Onun sözlərinə görə, Kəlbəcərdə – Vəng, İstisu, Zülfüqarlı, Sultan-Heydər və Dəmirçidam turizm və rekreasiya zonası yaradılacaq:
“Xocavəndə isə Hadrut, Ağbulaq, Tuğ və Böyük Tağlar, Zəngilanda Qaragöz, Qubadlıda isə Qubadlı turizm və rekreasiya zonaları olacaq”.
Təbriz
Ağdam