Kəlbəcərdə həlak olanların nəşi ailə üzvlərinə təhvil verildibackend

Kəlbəcərdə minaya düşərək həlak olan Azərbaycan Televiziyasının operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovun və Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin nəşi yaxınlarına təhvil verib.

“Yeni Gündəm”-in məlumatına görə, onların nəşi müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər şöbəsinə gətirilmişdi.

Onların sabah torpağa tapşırılacağı ehtimal olunur.