Kəmaləddin Heydərov generalı təqaüdə göndərdibackend

Nazir generalı təqaüdə göndərdi, polkovniki onun yerinə təyin etdi.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Fövqəladə halların xəbərdar edilməsi Baş idarəsinin rəisi vəzifəsindən azad edilib.

“Yeni Gundem” xəbər verir ki, Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, general-mayor Valeh Abdullayev idarənin rəisi vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Nazirin digər əmri ilə FHN-nin Əməliyyat-istintaq idarəsinin rəisi, polkovnik Sahib Rzayev bu vəzifəyə təyin edilib.