Kəmaləddin Heydərov onu işdən çıxardıbackend

Fövqəladə Hallar Naziri, general-polkovnik Kəmaləddin Heydərov Su Ehtiyatları Dövlət Agentliyinin rəisi Yaşar Abbasovu oktyabrın 18-də vəzifəsindən azad edib.

“Yeni Gündəm” xəbər verir ki, K.Heydərovun müvafiq əmri ilə, bu vəzifəyə Hikmət Məmmədov təyin olunub.

Qeyd edək ki, polkovnik H.Məmmədov uzun illər Dövlət Gömrük Komitəsində çalışıb. Balakən gömrük-keçid məntəqəsinin rəisi vəzifəsində də işləyib. O, 4 yanvar 1959-cu ildə Quba rayonunun Qonaqkənd qəsəbəsində anadan olub. Azərbaycan Dövlət Universitetinin tarix və Azərbaycan Respublikası DİN-nin Polis Akademiyasını bitirib.

Qaynarinfo