Kəmaləddin Heydərov Vüsal Novruzova vəzifə verirbackend

Bakı Baş Gömürük İdarəsinin sabiq rəisi gömrük xidməti general-mayoru Vüsal Novruzov Fövqaladə Hallar Nazirliyinə gətirilir.

Məlumatlı mənbədən daxil olan məlumatda qeyd edilir ki, FHN-i Kamaləddin Heydər Gömrük Komitəsi sədri olduğu dönəmdə ən etibarlı adamlarından biri hesab edilən Novruzovun sədaqətindən hər zaman razı qalıb. Bu üzdən də gömrük xidməti general-mayorunun FHN-nin Fövqaladə Halların Nəticələrinin Aradan Qaldırılması İşinin Təşkili Baş İdarəsinə rəis gətiriləcəyi iddia edilir.

Məlumatla bağlı Vüsal Novruzovun mobil telefonuna zəng edib aydınlıq gətirməyə çalışsaq da, təssüflər olsun, mobil nömrə əhatə xidmətindən kənarda idi.

Qeyd edək ki, Səfər Mehdiyev Dövlət Gömrük Komitəsi sədri təyin edildikdən sonra, həmkəndlisi olmasına baxmayaraq, ilk olaraq Kəmaləddin Heydərovun ən yaxın adamlarından hesab edilən Vüsal Novruzovla yollarını ayırdı və gömrük xidməti general-mayorunu BBGİ-nin rəisi vəzifəsindən kənarlaşdırdı.Vətəninfo