Kəmaləddin Heydərovun ərəblərlə fotoları yayıldıbackend

“Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram. Bu mənim haqqımda yazılan növbəti uydurma xəbərlərdən biridir”.

“Yeni Gündəm” xatırladır ki, bu sözləri ötən gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycanda qanunsuz ov edən ərəblərin onun qonaqları olması barədə iddiaları cavablandırarkən demişdi.

Kamaləddin Heydərovun məlum açıqlamasının üstündən heç 24 saat keçməmiş sosial şəbəkələrdə onun dünənki açıqlamasını təkzib edən fotolar yayılıb.

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun ərəblərlə fotoları yayılıb.

“Yeni Gündəm”-in xəbərinə görə, fotoları jurnalist Cavanşir Həsənli paylaşıb

“Kəmaləddin müəllimə şər atmayın, o hara, ərəb hara?! Açıqlama verib ki, “Mənim Azərbaycanda qanunsuz ovla məşğul olduğu deyilən ərəblərlə hər hansı tanışlığım yoxdur, onları tanımıram”. Bunlar 2015-də gəlib, yeyib, doyub, gedən ərəblərdir. Ərəblərin yanındakı başqa Kəmaləddin müəllimdir…” – C.Həsənli bildirib.