Kənd Təsərrüfatı Nazirliyi Yenigündəm.az-ı təbrik etdibackend
Bu gün yenigundem.az saytının 3 yaşı tamam olur.
Obyektivliyi və dəqiqliyi fəaliyyət meyarı kimi müəyyənləşdirən “yenigundem.az” saytı ölkə həyatının bütün sahələrində baş verən hadisə və yenilikləri operativ işıqlandırır.​
Sevindirici haldır ki, ölkəmizdə ictimai-siyasi, sosial-iqtisadi və mədəni sahədəki yenilikləri peşəkarlıqla təqdim edən “yenigundem.az” saytı Azərbaycanın media məkanında özünün dəsti-xətti olan, ciddi xəbər saytına çevrilməyi bacarıb.​
Saytın təsisçisi və baş redaktoru Təbriz Məhərrəmoğlu başda olmaqla bütün kollektivi bu münasibətlə təbrik edir və işlərinizdə yeni müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov