Ötən il ticarət dövriyyəsi 5,8 milyard ABŞ dolları olub, bu 2021-ci illə müqayisədə 25 % artım deməkdir.
“Yeni Gundem” xəbər verir ki,bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Cahid Baxçı Azərbaycan Aqrobiznes Forumunda deyib.
“Bir sıra sahələrdə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığı inkişafı üzrə səylərimizi davam etdiririk. Ümid edirəm ki, bu sahələrdə son vaxtlar müşahidə edilən fəallıq bundan sonra da davam edəcək”, – C. Baxçı bildirib.
Səfir qeyd edib ki,bu forum ölkələr arasında kənd təsərrüfatı sahəsində əlaqələrin inkişafına, investisiyaların təşviqinə kömək edəcək.
Fərahim Rəhimov