Kəramət Böyükçöl Narkoloji Dispanserə yerləşdirildibackend

Tanınmış yazar Kəramət Böyükçöl Bakı Şəhər Narkoloji Dispanserinə yerləşdirilib.

Bu barədə K.Böyükçölün atası, şair Qəşəm Nəcəfzadə məlumat verib. O bildirib ki, Kəramət Böyükçöl spirtli içkiyə qurşandığına görə dispanserə aparılıb:

“Kəraməti bu gün dispanserə yerləşdiriblər. Hələ danışa bilməmişəm, səhhəti ilə bağlı məlumatım yoxdur. Çünki orada heç bir əlaqə nömrəsi yoxdur. Sabah baş çəkməyə gedəcəyəm”.

Xatırladaq ki, K. Böyükçöl ötən ilin yayında da alkoqolizmdən müalicə məqsədilə dispanserə yatırılmışdı.