Kərbəla vaqiəsi hər bir fərdin bəhrələnə biləcəyi bənzərsiz bir qəhrəmanlıq salnaməsidirbackend

Kərbəla vaqiəsi ümumbəşəri bir hadisə olmaqla, irqindən, millətindən, dinindən və cinsindən asılı olmayaraq hər bir fərdin bəhrələnə biləcəyi bənzərsiz bir qəhrəmanlıq salnaməsidir.

Xeyirlə şərin, haqla batilin tam çılpaqlığı ilə üz-üzə gəldiyi əzəli və əbədi mübarizənin kulminasiya nöqtəsidir. Nə özündən əvvəl, nə də sonra bu hadisənin bənzəri və təkrarı olmamışdır. Məhz bu səbəbə görə üstündən on dörd əsr keçməsinə baxmayaraq həmişə aktualdır və hər bir əsrin və qərinənin nümayəndələri bu ibrətamiz hadisədən özləri üçün yeni-yeni dərslər mənimsəmişdir. Kərbəlada haqq təmsilçilərinin əqidə və amallar uğrunda nümayiş etdirdikləri sabit-qədəmlik və fədəkarlıq nümunələri sonrakı nəsillərdə mübarizə ruhunu qüvvətləndirmiş və bu istiqamətdə ilham mənbəyinə çevrilmişdir. İmam Hüseyn (ə) və onun ətrafında cəmləşmiş azsaylı tərəfdarların göstərdiyi rəşadət, şücaət və sədaqət kimi ülvi xüsusiyyətlər əbədi olaraq haqq aşiqlərinin ruhuna və yaddaşına həkk olmuş və qapılarının bağlanması mümkün olmayan, intəhasız bir məktəbə çevrilmişdir.

Elnur Mustafayev, (şərqşünas-yazar)