Kərim Şükürovdan xəbər varbackend

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun koronavirusa yoluxan baş direktoru, tarix üzrə elmlər doktoru, professor Kərim Şükürovun son durumu açıqlanıb.

İnstitutun İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, professorun səhhətində müəyyən irəliləyişlər var.

K.Şükürov artıq kritik vəziyyətdən çıxıb: “Saturasiyası da düzəlib. Amma hələ də süni tənəffüs aparatına qoşulu vəziyyətdədir”.

Xatırladaq ki, bir müddət əvvəl koronavirusa yoluxan K.Şükürovun vəziyyəti ağırlaşdığından o, Mərkəzi Gömrük Hospitalına yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.