Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Kərim Vəliyev bu vəzifəyə təyin edildikdən sonra ilk dəfə görüntülənib.
“Yeni Gündəm” xəbər verir ki, K.Vəliyev müdafiə naziri Zakir Həsənovla birgə zabit heyətinin ixtisasartırma və təkmilləşdirmə kurslarının gedişi ilə maraqlanmaq üçün ümumqoşun poliqonlarından birinə gəliblər.
Qeyd edilib ki, kurslara cəlb olunan gənc zabitlər Vətən müharibəsində iştirak etmiş, döyüş təcrübəsinə malik hərbi qulluqçulardır.
Xatırladaq ki, daha öncə müdafiə nazirinin birinci müavini olan Kərim Vəliyev iyulun 23-də Prezidentin sərəncamı ilə Baş Qərargah rəisi təyin edilib. Vətən müharibəsində şəxsən iştirak edən general “Zəfər” ordeni, Ağdamın, Qubadlının və Cəbrayılın azad olunmasına görə medalları ilə təltif edilib.