Kərki qaytarılır: Paşinyan ermənilərə kəndi boşaltmağı ƏMR ETDİbackend

Ermənistanın baş naziri Nikol Paşinyan Ararat (Ağrı dağı) bölgəsinə səfərində Kərki kəndinin qaytarılması məsələsini müzakirə edib.

“Yeni Gündəm” xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazır.

Qəzet qeyd edir ki, baş nazir bölgənin əhalisi ilə görüşdən sonra qubernator Razmik Tevonyan və Ararat alayının komandiri ilə üçtərəfli müzakirə aparıb.

“Görüşdə Tiqranaşen (Kərki) kəndinin gələcək taleyi müzakirə olunub. Paşinyan yaxın gələcəkdə kəndi boşaltmağı tapşırıb”. – qəzet qeyd edir.

Paşinyanın mətbuat xidməti Mane Qevorqyan isə xəbəri təkzib edib.

“Joxovurd” isə mənbələrinin belə müzakirənin aparıldığını bildirdiyini vurğulayır.

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati ərazisinə daxil olan Kərki kəndi 1990-cı illərdə ermənilər tərəfindən işğal edilib. 44 günlük müharibədən sonra kəndin Azərbaycana qaytarılması istiqamətində müzakirələr aparılır.Publika.az