“Keşlə” “Kəpəz”ə qarşıbackend

Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinə start veriləcək.

“Yeni Gundem” xəbər verir ki, ilk oyun günündə bir oyun keçiriləcək. “ASCO Arena”da “Keşlə” I Divizion təmsilçisi “Kəpəz”i qəbul edəcək.

Cütün qalibi 1/4 finalda “Qarabağ”a rəqib olacaq.

1/8 final mərhələsinin qalan 3 görüşü dekabrın 4-də keçiriləcək.

Azərbaycan Kuboku, 1/8 final
3 dekabr (çərşənbə axşamı)
15:00. “Keşlə” – “Kəpəz”

Hakimlər: Rauf Allahverdiyev, Elşad Abdullayev, Rahil Ramazanov, Rəvan Həmzəzadə
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“ASCO Arena”, 15:00.