Kılıçdaroğlu Türk dünyasının böyük ideallarının məhvini vəd edirbackend

“Türkiyədə, seçkilərdə de-fakto Qərbin iradəsini təmsil edən müxalifət koalisiyasının lideri Kamal Kılıçdaroğlu artıq Türk dünyasının böyük ideallarının məhvini vəd edir”.

”Yeni Gundem” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Bəhruz Məhərrəmov səsləndirib. Millət vəkili bildirib ki, bu hər kəsdən öncə elə Türkiyənin özünün gerisayımı deməkdir:

“Bu təhlükəli ssenarinin qarşısının alınmasının tək yolu, Türkiyənin yüksəliş dönəminin davamlılığı üçün yeganə şərt milli iradəni təmsil edən, siyasi, iqtisadi və hərbi müstəqilliyi bərqərar etmiş Ərdoğanın qələbəsidir”.