“Kiminsə yanında əyilirlər, əzilirlər, yaltaqlanırlar” – Nura Suribackend

“İlk məhəbbətim gec olub. Davidin atasında əsl məhəbbəti hiss etmişəm, onunla da bitib. Ondan əvvəlkiləri isə sevgi bilmişəm, amma elə deyilmiş. Deyirlər ki, insan gənc yaşında ailə qurmalıdır. Bu fikir yanlışdır. Kimisə görüb bəyənibsə, o demək deyil ki, həmin şəxsi sevir. Hər hansısa bir münasibətdə etibar yoxdursa, orada heç nə ola bilməz”.

“Yeni Gündəm” xəbər verir ki, bu sözləri müğənni Nura Suri ARB TV-də yayımlanan “Özəl” proqramında deyib. O, şəxsi həyatı, yaradıcılığı, ətrafında baş verən neqativ hallardan söz açıb: “İnsanlar robotlaşıb. Hisslər keçib arxa plana… Maddiyata bağlı olublar, insanlara xeyir güdmək üçün yanaşırlar. Kiminsə yanında əyilirlər, əzilirlər, yaltaqlanırlar. Heç öz ailəsinə, anasına, övladına bu cür hörmət qoymur. Mən bunları qəbul edə bilmirəm.

İnsanı özündən başqa heç kəs yaxşı tanımır. İnsan özünə hörmət qoymalıdır. İnsanlar var ki, öz həyatını qurmaq üçün hər vasitədən istifadə edirlər. Uşaqlıqdan bu günə kimi formalaşan bir xüsusiyyətim var. Sözün düzünü deyirəm, düşmən qazanıram. Özümə hörmətim var, buna görə də gecələr rahat yata bilirəm”.