Kirayə mənzillərin satışı ilə bağlı qeydiyyat hələ başlamayıb – Rəsmi açıqlamabackend

Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi üçün bu gün saat 10-da müraciətlərin qeydiyyata alınması nəzərdə tutulsa da, gecikmə baş verib.

İpoteka və Kredit Zəmanət Fondundan bildirilib ki, hazırda e-gov.az portalına məlumatların daxil edilməsi prosesi davam edir. Buna görə də qeydiyyatın başlanması müvəqqəti olaraq təxirə salınıb. Yükləmə prosesi tam yekunlaşdıqdan sonra portalda qeydiyyat bölümü aktiv olacaq.

Qeydiyyatdan keçmək üçün sistemə daxil olduqda ana səhifədə bu bildiriş görünür: “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə təqdim edilən “Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi” xidmətində texniki təkmilləşdirmələr aparıldığı üçün xidmət müvəqqəti dayandırılıb. Xidmətin fəaliyyətə başlanması vaxtı barədə İpoteka və Kredit Zəmanət Fondu tərəfindən əlavə məlumat veriləcək”.