Kirayədə qalanlara ŞAD XƏBƏR – Bu halda dövlətdən əlavə pul alacaqlarbackend

Kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq.

“Yeni Gundem” Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Dövlət Sosial Müdafiə Fondunun (DSMF) rəhbəri Himalay Məmişov 2022-ci ilin yekunlarına dair mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunun üçün vətəndaş müraciət etməlidir.

“Müraciət zamanı kirayədə qaldığını təsdiq etməlidir. Bu zaman kirayədə qalanların ünvanlı sosial yardımında həmin xərc qədər artım qeydə alınacaq”, – deyə o əlavə edib.