Kişi arvadını “baldızımdır” deyib başqasına ərə verdi – FOTObackend

Türkiyənin ATV kanalında yayımlanan Müge Anlının aparıcılıq etdiyi verilişdə qəribə olay yaşanıb.

“Yeni Gündəm” haberler-ə istinadla bildirir ki, verilişə çıxan 31 yaşlı Emre Korkmaz adlı kişi Canan adlı qadın tərəfindən aldadıldığını söyləyib. Onun dediyinə görə evlənməyə hazırlaşdığı qadın ona 350 min lirə ataraq qaçıb.

Qəribəsi isə ondadır ki, Emre ilə Cananı tanış edərkən “baldızımdır” deyən şəxs Cananın əsl əri imiş.

Məsələ ilə bağlı Müge Anlıya müraciət edən Emre Korkmaz çıxılmaz vəziyyətdə olduğunu söyləyib.