Kişi geyimində efirə gələn Könül Kərimova: “Kişi olsaydım, təmiz sevərdim” – VİDEObackend

Əməkdar artist Könül Kərimova “Günün sədası” proqramında tamaşaçıların qarşısına kişi obrazında çıxıb.

“Yeni Gündəm” xəbər verir ki, müğənni kişilərə səslənib və göz yaşlarını saxlaya bilməyib:

“Bizə deyirlər siz kişi kimi, güclü qadınsız, dözümlüsünüz. Ona görə də səbirli, dözümlü olmalısınız. Əziz kişilər, gücü də, səbri də, dözümü də sizdən alırıq. Siz var olun ki, biz hər zaman sizdən güc alaq. Siz olmasanız, bizim üçün çətin olar.

Amma siz də bizi incitməyin. Qəlbimizi sındırmayın. Bizə toxunmayın, sonda biz zərif qadınıq, ana, bacı və bir ana övladıyıq. Kişi olsaydım, təmiz sevərdim, doğru-düzgün sevərdim”.

Koronavirus infeksiyasına yoluxmasından danışan Könül bunları əlavə edib:

“Çox pis anlar yaşadım. Gördüm ki, yenə də onlara ehtiyacım var. O anda qardaşımı görmək istədim. Kişi olmaq çətin və məsuliyyətlidir”.