Kişi keçmiş arvadını öldürüb, sonra intihar etdi – Azərbaycanda DƏHŞƏTbackend

Qubada qətl hadisəsi baş verib.

“Yeni Gündəm”-in məlumatına görə, hadisə rayonun Paşaoba kəndində qeydə alınıb. Kənd sakini Xudamov İlham Əziz oğlu həyat yoldaşı Xudamova Sara Şair qızını bıçaqla qətlə yetirib. Daha sonra damarlarını kəsərək intihar edib.

Onların bir müddət öncə boşandıqları və məhkəmənin hökmü ilə əmlakın ər və arvad arasında bölündüyü bildirilir. Ayrıldıqdan sonra cütlük bir evdə yaşayıb.

Onların birgə nikahdan 3 övladı var.

Faktla bağlı araşdırma aparılır.

APA