“Kişi kirayə geyim götürməz” – Vasif Məhərrəmlibackend

Əməkdar artist Vasif Məhərrəmli kişi həmkarlarını qəzəbləndirəcək açıqlamalar verib.

“Yeni Gundem” xəbər verir ki, “Şourum”a danışan sənətçi kişilərin kirayəyə geyimlərdən istifadə etməsini lağa qoyub:

“Hesab edirəm ki, kişi kirayə geyim götürməz. Düzgün deyil. Bəlkə də bu, qadınlara xas olan bir şeydir. Kirayəyə paltar götürərlər?”.

Sənətçi biznesinin olması haqda yayılan xəbərlərə də münasibət bildirib:

“Elə bir şey yoxdur, qoy desinlər. Pis şey deməyiblər ki… Yalandır, amma təki elə olaydı. Mənim bütün biznesim oxumaqdır”.