“Kişi pişik kimidir, nə qədər sığal çəkəcəksən, yanında qalacaq“ – Mübahisəbackend

“Kişi getdi gəzdi, xəyanət etdi… Bir qadın ev işi ilə məşğul olur, özünə sərf edəcəyi vaxtı sosial şəbəkəyə sərf edəcəksə, elə gedib kişini kənardan toplayacaq. Kişini evə bağlayan xanımın gözəlliyi və zərifliyidir. Bizimkilər 2 il – ilk uşağı olana qədər ətir vuracaq, bəzənəcək. Ondan sonra bitdi. Kişi pişik kimidir, nə qədər sığal çəkəcəksən, yanında qalacaq. Xanım özünə sığal çəkməlidir. Xanım tanıyıram, hər zaman bəzəkdədirlər. Qadın nə qədər bəzənəcək, kişi yanında qalacaq”.

“Yeni Gundem” Axşam-a istinadla xəbər verir ki, bu sözləri aparıcı-aktyor Sərxan Kərəmoğlu “Elgizlə izlə” verilişində deyib.

O, boşanmalardan danışıb.

Proqramda ekspert kimi oturan vəkil, aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova isə yaşanan bir hadisəni danışıb:

“Boşanmanı təbliğ etmək lazım deyil. Bu işin vəkili olmuşam. Xanım həyat yoldaşı ilə dalaşır, gəlir ata evinə. Atası deyir ki, getdiyin evdən meyidin çıxacaq. Qaytarıb qoyur evə. Qız yenə gəlir, ata aparır evə.

Qız üçüncü dəfə dayısının evinə gedir. Dayı sahib çıxır. Ata gəlir ki, qızımın evini dağıdırsan, qaytar. Qaytarıb qoyur evə. Əri o qızı üç uşağının gözü önündə öldürməyə çalışanda qonşuları güclə xilas edib. İndi həmin şəxs yəqin ki, məni izləyir. Əgər o evdə kimsə qatil olacaqsa, elə əvvəldən boşansınlar”.