“Kişilər qadınlara nisbətən daha çox intihar edir” – Bahar Muradovabackend

“Kişilər arasında intihar halları qadınlara nisbətən daha çox baş verir”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri bahar Muradova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın təqdim edərkən deyib.

Deputat bildirib ki, bu istiqamətdə dövlət komitəsi bir sıra tədbirlər həyata keçirib. O, cəmiyyətin qadın intiharlarına qarşı daha həssas olduğunu bildirib.

Qeyd edək ki, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda bildirilib ki, 2019-2020-ci illərdə ölkədə 1 182 intihar və 1 830 intihara cəhd baş verib.