Ötən gün ərzində Kiyev vilayətində Rusiya silahlılarının öldürdüyü daha 20 mülki şəxsin cəsədi tapılıb.
“Yeni Gündəm” “RBC Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Kiyev vilayətinin polis rəisi Andrey Nebıtov məlumat verib.
Məlumatda qeyd olunub ki, bununla da tapılan mülki cəsədlərin ümumi sayı artıq 1235-ə çatıb.