Kiyevdə həbs olunan qazimizin sərt çıxışı:  Misir Qasımlı məmurlara səsləndi – VİDEObackend

Xəbər verdiyimiz kimi, II Qarabağ müharibəsi iştirakçısı Misir Qasımlı 1 il səkkiz aydır ki, Ukraynada həbsdə saxlanılır.

Kiyev Apellyasiya Məhkəməsində baş tutan 03.11.2022-ci il tarixli məhkəmə iclası Misir Qasımlı və Sübhan Quliyevin iştirakı olmadan keçirildi. Belə ki, məhkəmə proses iştitakçılarını aldadaraq işə təqsirləndirilən şəxslərin iştirakı olmadan baxdı. Hakim bildirdi ki, guya Sübhan Quliyevin məhkəməyə gətirilməsi haqqında məlumatı istintaq təcridxanasına göndərməyi unudub, Misir Qasımlı ilə bağlı isə bildirdi ki, ümumiyyətlə onu görmək istəmirlər deyə məhkəməyə gətizdirmədilər. Bütün bunlar Səfirliyin nümayəndəsinin gözü qabağında baş versə də, Səfirlik məhkəməyə öz iradını bildirmədi.

Bu sözləri “Yeni Gundem” -ə açıqlamasında Ukraynada həbs edilən vətəndaşlarımızın vəkili Aygül Rəfiyeva bildirib.

“04.11.2022-ci il tarixli Obuxov Rayon məhkəməsində keçirilən iclasda isə Misir Qasımlı və Sübhan Quliyevin həbsdə saxlanılmaları müddəti əlavə 40 gün uzadıldı.“.

Aygul Rəfiyeva Misir Qasımlı və Subhan Quliyevin həbsinin uzadılması haqqında hakimin qərar qəbul etməsini söylədi.

“Təqdimatla çıxış edən prokuror bu dəfə təqdimatını yalnız maddələrin ağırlığı ilə əsaslandırdı. Diaspora nümayəndələri və digər Azərbaycan əsilli şəxslər Misir və Sübhanın şəxsi zaminliyə götürülməsi vəsatəti ilə çıxış etsələr də, hakim yenə bunlara məhəl qoymayaraq qanunsuz olaraq həbsi uzatdı.”

Vəkil səfirliyin məsələyə biganə yanaşmasınıda vurğuladı:

“Səfirliyə dəfələrlə şəxsi zaminliyə götürülmə məsələsi ilə müraciət etsək də, bundan imtina edirlər. Səfirlik Misir və Sübhanın zaminliyə götürülməsi məsələsini qaldırsa, vəsatətin təmin edilib-edilməməsindən asılı olmayaraq, artıq proses iştirakçısına çevrilərək məhkəmədə söz sahibi ola bilər. Lakin, bunu etmək istəmirlər. Görünür ki, bir qazinin talehi onlar üçün heç maraqlı deyil. Eyni zamanda da, Ombudsman. Müraciət edirik ki, vətəndaşlarımızın haqqları taptalanır, köməklik edin. Cavab verirlər ki, heç bir qanun pozuntusu yoxdur, ümumiyyətlə bu bizim səlahiyyətlərimizə aid deyil.

Əgər qanun pozuntusu yoxdursa, nədən Kiyev Apellyasiya Məhkəməsi qərar verdi ki, qanun pozuntuları var?

Görünən odur ki, heçkəs öz işini vicdanla görmək istəmir. Şablon cavab məktubları ilə kifayətlənirlər. Məhkəmədə çıxış edən zərərçəkmiş ittiham tərəfinin şahidinin verdiyi ifadəyə tamamilə zidd ifadə verdi. Misir Qasımlı və onun vəkilləri tərəfindən verilən heç bir suala cavab verə bilmədi. Bütün suallara “yadımda deyil” kimi cavab verdi. Bu azmış kimi zərərçəkğn məhkəmə iclasına Azərbaycan bayrağının fonunda qoşuldu. Bundan başqa, keçən məhkəmədə zərərçəkmiş ağzından qaçırmışdır ki, prokurorluq ona 3000 dollar pul təklif edib, bu dəfə isə suala cavab olaraq etiraf etdi ki, 15.000 dollar təklif olunub.

Hakim də dərhal iclası təxirə saldı ki, bu məsələni ört-bastır etsin. Təəssüf ki, hakim görünüş yaratmaq istəyir ki, guya obyektivdir, guya işi düzgün araşdırır, amma əməldə tam əksini edir. Bu da bizə onu düşünməyə əsas verir ki, hakimə kənardan təzyiqlər var və o gözünü yumub qanunsuz qərarı qəbul edə bilər.”

Yenigundem.az