KKTC-nin Baş naziri Ərdoğanla görüşəcəkbackend

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) Baş naziri Faiz Sucuoğlu bu gün Ankaraya rəsmi səfərə gedir. 

“Yeni Gündəm” bildirir ki, KKTC-nin Nazirlər Kabinetinin Mətbuat və İctimaiyyətlə Əlaqələr Müdirliyindən verilən məlumata görə, Sucuoğlu bu gün saat 12.50-də Ankaraya yola düşəcək və yanvarın 12-də Türkiyənin Vitse-prezidenti Fuat Oktay ilə görüşəcək.

Baş nazir Sucuoğlu Oktay ilə iki ölkə arasındakı əlaqələr, Kıbrıs məsələsi və müxtəlif mövzularda fikir mübadiləsi aparacaq.

Faiz Sucuoğlu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən də qəbul ediləcək.

Baş nazirin Ankarada müxtəlif görüşlər də keçirəcəyi bildirilir.