Kleopatra əslində milliyyətcə kim idi? – Araşdırmabackend

Sirli Misir kraliçası VII Kleopatra haqqında müxtəlif söz-söhbətlər mövcuddur.

“Yeni Gundem”in məlumatına görə, müasir dövrdə o, bir neçə Roma hökmdarının cazibəsinə müqavimət göstərə bilmədiyi ölümcül bir gözəllik ilahəsi kimi təqdim olunur. Düzdür, müasirləri onu gözəldən daha çox cazibədar və ağıllı qadın kimi tanıyırdılar.
Müzakirə olunan başqa bir mövzu da Kleopatranın milliyətidir.
O, Misirdə qardaşı ilə birlikdə hökmranlıq etdiyinə görə belə bir təsəvvür yaranır ki, Kleopatra misirli idi. Amma bu təsəvvür doğru deyil.

Kleopatra Ptolemeylər sülaləsindən gəlib. Sülalənin əsası Böyük İskəndərin sərkərdəsi I Ptolemey tərəfindən qoyulmuşdur. O, Misiri ələ keçirdikdən sonra böyük fateh satraplara – bu dövlətin hökmdarlarına çevrilmişdir.
Makedoniyalı İsgəndərin ölümündən sonra onun yaratdığı imperiya dağıldı və onun müxtəlif fraqmentlərindən ibarət satraplar təsir dairələrinin bölünməsi uğrunda bir-biri ilə mübarizə aparmağa başladılar. Bu zaman Ptolomey özünü padşah elan etdi və bir sülalə qurdu.
Misir taxtında oturan sonuncu nümayəndə isə Kleopatra idi.
Bütün Ptolemeylər qanın saflığını öz dairələrində olan nikahlarla qoruduqları üçün Kleopatranın da hansı millətə mənsub olduğu haqqında demək olar ki, tam əminliklə danışa bilərik. Kleopatra Ptolemeylər sülaləsinin sonuncu nümayəndəsi yunan qadını idi.

Bu, onun sikkələr, büstlər, heykəllər üzərində bizə gəlib çatan çoxsaylı təsvirləri ilə təsdiqlənir. Burada onun tipik yunan görünüşünə malik olduğunu görürük.
Kleopatra misir mənşəlli olmasa da bir çox sələflərindən fərqli olaraq Misir dilini bilir. Eyni zamanda kraliça qədim Efiopiya, Aramey,İvrit,Latın və.s dilləri də bilirdi.

Ayşən

Yenigundem.az