Klubdakı partlayışda yaralanan qıza AĞIR İTKİ: “Dünyam qaraldı”backend

“Location” klubunda baş verən partlayışda yaralanan model Merlinə (Təranə Rzayeva) ağır itki üz verib.

Modelin atası Azad kişi uzun sürən xərçəng xəstəlikdən sonra 60 yaşında vəfat edib: “Mənim üçün çox ağır gündür. Dünyam qaraldı. Atamı itirdim”.

Qeyd edək ki, Merlin müsahibəsində atasının xəstə olması barədə danışmışdı: “Partlayış baş verəndən sonra ayılanda şükür etdim ki, sağ qalmışam. Çünki atam xərçəng xəstəsidir. Mənim ölüm xəbərimi eşidib, ölə bilərdi. Müalicə olunur. Ümid Allahadır”.

Lent.az