Kobi Brayantın adı əbədiləşdiriləcəkbackend

Faciəvi şəkildə dünyasını dəyişən amerikalı basketbolçu Kobi Brayantın adı əbədiləşdiriləcək.

“Yeni Gündem” bildirir ki, bu barədə İtaliyanın Redco-Emiliya şəhərinin meri Luka Vekki Feysbuk hesabında məlumat verib.

Onun sözlərinə görə, həmin şəhərdə meydanlardan birinə əfsanəvi basketbolçunun adı veriləcək. Vekki Brayantın uşaq ikən Redco-Emiliyada yaşadığını və yerli basketbol klubunun şərəfini qoruğunu bildirib.

“Kobi bizlərdən biri idi. O, bu şəhərdə həmyaşıdları və özündən böyük rəqibləri ilə oynayırdı”, – şəhər meri yazıb.

Xatırladaq ki, 41 yaşlı Kobi Brayant yanvarın 26-da Kalabasasda (Kaliforniya ştatı, ABŞ) aviaqəzada həyatını itirib. Helikopterin göyərtəsində onunla yanaşı, 13 yaşlı qızı və daha 7 nəfər olub. Onların heç biri sağ qalmayıb.