KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “AQSİA-nın 5 illik uğurlu tərəfdaşı” mükafatı ilə təltif olunubbackend

Azərbaycanda qadın sahibkarlığının genişləndirilməsi və inkişafı məqsədi ilə yaradılan AQSİA -nın 5 illik fəaliyyətində hər zaman əsas dəstəkçilərdən biri KOBİA olmuşdur.

”Yeni Gundem” xəbər verir ki, dövlət və özəl sektorda qadın sahibkarlığının inkişaf etdirilməsində, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 5-ci – “Gender bərabərliyi” və 7-ci – “Məqsədlər üçün tərəfdaşlıq” bəndlərinə əsasən hər zaman qadınlara və onların iqtisadi gücləndirilməsində, evdə məşğulluq proqramları çərçivəsində, həmçinin qadın sahibkarların şəbəkələşməsində göstərdiyi xidmətlərə görə KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov “AQSİA-nın 5 illik uğurlu tərəfdaşı” mükafatı ilə təltif olunub.

Mükafatı AQSİA İdarə Heyətinin sədri Səkinə Babayeva və İdarə heyətinin üzvü təqdim edib.