Komadan çıxan neyrocərrah cənnətin mövcud olduğunu bəyan etdibackend
“Əvvəlcə o, zülmətə düşüb, daha sonra zülməti ideal musiqinin müşayiəti ilə ağ işıq yararaq onu cənnətin qapısına aparıb…” “Bələdçi qadın olub, heç nə danışmayıb, lakin onun parlaq gözləri və isti təbəssümü ona əsl sevgi bəxş edib…”
“Yeni Gundem” xəbər verir ki, bu barədə “The Sun” nəşri yazıb.

 

Amerikalı neyrocərrah Eben Aleksander danışıb ki, bir həftə ərzində komada olarkən gördükləri cənnəti xatırladıb və o, bunu sübit etmək qərarına gəlib.
2008-ci ildə kəskin bakterial infeksiyası səbəbindən Aleksander süni komaya salınıb.
Bir həftədən sonra pasiyent komadan çıxıb və bəyan edib ki, mənəvi bələdçisi olan və onu ideal dünyaya aparan qadını görüb.
Neyrocərrah inandırıb ki, bu, ölümdən sonra həyatın olmasından xəbər verir və o zamandan o, cənnətin mövcudluğunu sübut etməyə cəhd göstərir.
Aleksander iddia edir ki, tibbi hesabatlara görə, onun gördükləri yuxu və ya qarabasmalar ola bilərdi.
Onun sözlərinə görə, əvvəlcə o, zülmətə düşüb, amma qorxu hissi keçirməyib və onun həyat haqqında xatirələri olmayıb.
Daha sonra zülməti ideal musiqinin müşayiəti ilə ağ işıq yarıb və onu “cənnət qapısına” aparıb.
Kişi bələdçini qadın kimi təsvir edib. O, heç nə deməyib, lakin onun parlaq gözləri və isti təbəssümü ona əsl sevgi bəxş edib.
Zülmətdən keçib gedən səfəri zamanı kişi ilahi bir varlığa rast gəlib, lakin bu varlığın nə olduğunu müəyyən edə bilməyib.
Kişinin ailəsi onun oyanandan sonra davranışının dəyişməsindən şok keçirib.
Aleksanderin bacısı bəyan edib ki, o, özünü “kiçik Budda” kimi aparıb.
O, hamının gözlərinə baxaraq deyib ki, hər şey yaxşıdır. Kişi iddia edir ki, belə şey xatırlamır.
“Bu, ölümdən sonra baş verənlər barədə deyil. Ən başlıcası bu, sənin bu gün necə seçim etdiyin, özünə və başqalarına necə münasibət göstərməyin barəsindədir.
Bizim həyatımızın mənası var və bunun neyrobiologiya nöqteyi-nəzərdən sübutu  odur ki, bizim şüurumuz bədənimizin ölümünü yaşayır, sevginin birləşdirici gücü bizi birləşdirir”, – o, bəyan edib.
Alimlər hesab edir ki, belə parlaq görüntülər insanın ölümə yaxın olduğu zaman beyinin fəallığı ilə bağlıdır.