Komitə: Qaçırılan qıza psixoloji dəstək göstəriləcəkbackend

Ağdamda yeniyetmə qızın qaçırılması ilə bağlı məlumat daxil olan kimi Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi hadisəni araşdırıb.

Bu barədə Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Ağdam Uşaq və ailələrə dəstək Mərkəzinin psixoloqları ailəyə baş çəkəcək. Qız artıq ailəyə qaytarılıb. Mərkəzin psixoloqları qızla söhbət edəcək, ona psixoloji dəstək göstəriləcək.