Komitə sədri: “Doğulan uşaqlar arasında cins nisbətində rəqəmlər getdikcə təhlükəli xarakter alır”backend

“Ölkədə doğulan uşaqlar arasında cins nisbətində rəqəmlər getdikcə təhlükəli xarakter alır”.

“Yeni Gündəm”-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, bioloji normanın pozulması halları sürətlənir: “Doğulan uşaqlar arasında cins nisbəti 100 qız, 114 oğlan olmaqla bioloji norma pozulmaqdadır. 2020-ci ildə cins seçimi məsələsi aktual olaraq qalıb. Azərbaycan cins seçimi məsələsində təəssüflər olsun ki, dünya üzrə ikinci yerdədir”.