Komitə sədrindən deputat həmkarlarına irad — Mənə qulaq asınbackend

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxışlar zamanı qulaq asmadıqlarına və səs saldıqlarına görə, deputat həmkarlarına müraciət edib.

“Yeni Gündəm” xəbər verir ki, komitə sədri Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı nitqini iki dəfə dayandırıb.

O daha sonra deputat həmkarlarına müraciət edib:
“Deputat həmkarlarımdan xahiş edirəm ki, mənə qulaq assınlar”.