Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildibackend

Azərbaycan Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib, Gəncə Apellyasiya Məhkəməsinin müraciəti icraata götürülüb.

Bu barədə “Yeni Gundem”-ə Konstitusiya Məhkəməsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, iclasda Azərbaycan Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Azərbaycan İnzibati Xətalar Məcəlləsinin 17, 18.2-ci və 18.3-cü maddələrinin şərh edilməsinə dair Gəncə Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad çıxarılıb.

Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun dekabrın 9-na təyin edilən iclasında baxılacaq.