Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biridirbackend

12 noyabrAzərbaycan RespublikasınınKonstitusiya Günüdür. Bu gün AzərbaycanRespublikası Konstitusiyasının qəbul edilməsindən27 il ötür.

Müstəqil Azərbaycanın ilk konistitusiyası ulu öndərHeydər Əliyevin rəhbərliyi ihazırlanmış 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi(referendum) yolu ilə qəbul edilmişdir. Dövlətin ƏsasQanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib.

1995-ci ildə qəbul olunmuş Konstitusiya müstəqilAzərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixindədördüncü Konstitusiyasıdır. AzərbaycanınKonstitusiya quruluşunun tarixi SSRİ dövrünətəsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci ilin mayın 19-da, SSRİ Konstitusiyasınauyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunmuşdu. 1978-ci ilin aprelin21-də qəbul edilmiş son Konstitusiya da, əvvəlkikonstitusiyalar kimi, SSRİ Konstitusiyasınauyğunlaşdırılmışdı.Heyder Əliyevin rehberliyi altındahazırlanan konistitusiyada Azerbaycan dili dövlet dili kimi tesbid edilmişdir.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ümummilli lider Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti – bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

1995-ci ilin mayında ulu öndər Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi. Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak etdi və onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi. Əsas Qanun noyabrın 27-də hüquqi qüvvəyə mindi.

Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki, Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız, şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini, bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq, yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.

Məhz bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.

Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasıölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlətquruculuğu prosesinə hüquqi baza yaratdıonuninkişafına güclü təkan verdi. Konstitusiya qəbuledilən günnoyabrın 12-də respublika parlamentinəilk dəfə çoxpartiyalı sistem əsasında demokratikseçkilərkeçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasənhər il noyabrın 12-si Konstitusiya Günü kimi qeydedilməyə başlandı.

Ötən 27 ildə ölkəmizin sürətli inkişafı nəticəsindəyeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədarAzərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklərəlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavədəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadibazasının daha da güclənməsindən, vətəndaşlarınhüquqazadlıqlarına daha etibarlı təminatverilməsindən, sosial dövlət prinsiplərini təsbit etməkimkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumlaKonstitusiyaya üçüncü dəfə əlavələrdəyişiklikləredilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavədəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyətiorqanlarınınbələdiyyələrin işinintəkmilləşdirilməsinə, insan hüquqazadlıqlarınındaha səmərəli təmin edilməsinə, hüquqazadlıqların müdafiəsində dövlətbələdiyyələrinməsuliyyətinin artırılmasına yönəlib.

Beləliklə, Azərbaycan RespublikasınınKonstitusiyasına edilən əlavədəyişikliklərnəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinəuyğunlaşdırılıb.

Qürurverici haldır ki, xalqımız Əsas Qanununqəbulunun 27-cı ildönümünü qalib xalq kimi ikiqatsevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılmasıAzərbaycanın ərazi bütövlüyünün bərpa olunmasıKonstitusiyamızın ölkəmizin bütün ərazisindətətbiqinə imkan yaradıb.

Nəsimi rayon 151 sayılı tam orta məktəbin müəllimi / İsmayılov Murad İsa oğlu