“KONTAKT HOME”DA ZƏR ATIB, MAŞIN UDA BİLƏRSİNİZMİ? – VİDEObackend

“Kontakt Home” mağazalar şəbəkəsinin “Şeş-Qoşa” adlı şirnikləndirici kampaniyasının əslində, reallıqdan uzaq, utopik bir oyun olduğu çoxlarına bəllidir. Sosial şəbəkə istifadəçisi Mövsüm İbrahimov da təqdim etdiyi izahatda göstərir ki, 7776-cə cəhddən sonra şeş qoşa düşməsi mümkün ola bilər. O baxımdan müştərilərin qalib gəlmək fürsəti tam sıfırın altındadır.

Busaat.az  olaraq bunu sizə təqdim edəcəyimiz videodan da görmək olar.
Şirkət ondan nağd məhsul alana stəkanda şeş qoşa atmağı təklif edir, alınsa, məhsul pulsuz veriləcək. Amma bu oyunun başdan-ayağa yalan olduğu göz qabağındadır. Çünki mində bir insan şeş qoşa ata bilər. Deməli, hər dəfə bu variantla şirkət öz bayağı reklamını təşkil edir. Buna oyundan daha çox, azart, qumar da söyləmək olar. Çünki stəkanda zər atırsan və alınmayacağı məlumdur. Hətta indi şeş ataraq keşbek qazana və ya aldığın məhsulu pulsuz apara, ən nəhayət, ŞEŞ-QOŞA ataraq, son model Mazda 3 avtomobilini pulsuz əldə edə bilərsən. Amma buna kim inanır? Kim şeş, yaxud şeş-qoşa ata bilir? Odur ki, indiyə qədər kimsə qalib olmayıb, udan isə “Kontakt Home” mağazalar şəbəkəsidir.


Üstəlik, “Kontakt home” mağazalarına gələn müştərilərin əksəriyyəti kreditlə mal götürürlər. Bunu yaxşı hesablayan mağazalar şəbəkəsinin rəhbəri reklam naminə şeş qoşa qumarı təşkil edir.
Üstəlik, zər stəkanda atılır deyə nərd oynayanlar bilirlər ki, qoşa gəlməsi möcüzədir, təsadüf halda olur. Yəni əldə zər atmaqla stəkanda zər atmaq arasında ciddi fərq var.
Nağd alanların isə çoxu qoşa ata bilmir deyə elə nağda ödənişi nə qədərdirsə, verir, malını götürüb gedir. Nəticədə bu qurama, qumarxana tipli reklamla qazanan şirkət olur.

Hətta bir müddət əvvəl şeş qoşa atan müştəriyə aldığı malı pulsuz verməkdən imtina etmişdilər. Gəncə şəhər sakini Novruzov Kamran Vilayət oğlu unikal.org-a demişdi ki, səbəbini soruşanda “Oyun keçirilən zaman görüntü çəkilməli idi” deyib.Video çəkilmədiyi üçün atdığınız şeş-qoşa” ləğv edilir” söyləmişdi. Bu da müştərinin problemi deyil, çəkilişi mağaza təşkil etməlidir.

Tia.az