“Kontakt Home” şəhid ailəsinə görə boykot edildibackend

Ağ Partiyanın sədri Tural Abbaslı vətəndaşları “Kontakt Home” mağazalar şəbəkəsini boykot etməyə çağırıb.

Pravda.az-ın xəbərinə görə, T.Abbaslı bildirib ki, şəhid ailəsinə hörmətsizlik edən şirkətin cavabı verilməlidir.

“Aldığınız məhsulların da kreditlərini ödəməyin, qoyun gəlib xarab mallarını götürsünlər. “Kontakt home”un etdiyi hərəkət rəzalətdir. Deputat Elnur Allahverdiyev üzr istəməli idi. Elnur Allahverdiyev, sən, övladların, şəriklərin rahat yaşasın deyə, oğularımız canlarından keçiblər. Bu, bir çarpayıya dəymədi?!” – T.Abbaslı qeyd edib.