“Kontakt Home”un problemli kreditləri – “Legal 12” şirkətinin “reket” əməlləri…backend

“Kontakt Home” mağazalar şəbəkəsinə daxil olan “Legal 12” şirkətinin əməkdaşları vətəndaşları təhqir edib evlərinə hücum çəkir.

Bu barədə Azsiyaset.com saytına daxil olan məlumatda bildirilir.

Qeyd olunur ki, “Legal 12” şirkəti “Kontakt Home”un tərkibinə daxil olan şirkətlərdən biridir. Şirkətin təxminən 100 əməkdaşı var, onların əsas iş prinsipləri kredit ödənişlərini gecikdirən vətəndaşlara zəng edib onları təhqir etməkdən və vətəndaşların evlərinə hücum çəkməkdən ibarətdir. Vətəndaşlara qarşı həyata keçirilən hücum-təhqir kampaniyasının əsas mərkəzlərindən hesab olunan “Legal 12” şirkətinin əməkdaşları demək olar ki, hər gün müxtəlif səpgili insidentlərə “imza atır…”.

Şirkətdən saytımıza daxil olan məlumata görə, bu qurumun əməkdaşları spesifik xarakterləri (aqressiya, söyüşcül, davaya meylli, ciddi sosial problemləri olan, pula meylli) ilə seçilir və onları məhz bu “keyfiyyətləri”nə görə işə götürüblər.

Daxil olan məlumatlarda o da göstərilir ki, hazırda “Kontakt Home”un təxminən 150 milyon manat problem krediti var.

Hücuma məruz qalan vətəndaşlardan birinin şikayət məktubunu da yaxın günlərdə dərc edəcəyik.

Qeyd edək ki, “Kontakt Home”un sahibi millət vəkili Elnur Allahverdiyevdir.