Könül Nurullayeva növbəti vətəndaş qəbulunu keçirdi – FOTObackend

Millət vəkili Könül Nurullayeva Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib. Millət vəkilinin qərargahından “İki sahil”ə verilən məlumata görə, deputat qəbul zamanı vətəndaşlarımızla görüşərək, onların dilə gətirdiyi şikayətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb.

“Yeni Gündəm” xəbər verir ki, görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında vətəndaşın xaricdə müalicə almasına maddi dəstəyin göstərilməsi, məhəllədaxili yola asfalt örtüyünün döşənməsi, yaşayış binasının dam örtüyünün təmir olunması, şəhidimizin əziz xatirəsinə həsr olunan kitabın dərc olunmasına maddi yardımın edilməsi, orta məktəbə şəhidin adının verilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, məşğulluq probleminin aradan qaldırılması və kanalizasiya sisteminin yenilənməsi ilə bağlı məsələlər başlıca yer almışdır.

Seçicilərin qəbul ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər qeydiyyata götürülüb və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaq.